"Real Madrid"in hədəfləri bəlli olub
“Real Madrid”dən yayda heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, İspaniya klubu PSJ-dən Vitinya və ya Fabian Ruizi transfer etmək üçün addımlar atmağa başlayıb.
Bu haqda "Ficjajes" nəşri məlumat yayıb.
Klub hesab edir ki, onların yarımmüdafiə xətti yaradıcı oyunçulara ehtiyac duyur və təcrübəli futbolçuların transferini nəzərdən keçirir.
Bundan əlavə, “Real Madrid” “Komo”da çıxış edən öz yetirməsi Niko Pazı geri qaytarmağı planlaşdırır.