“Real Madrid”in kapitanı zədələnib

"Real Madrid"ə daha bir zərbə – Dani Karvaxal sıradan çıxdı.

Sportline.az xəbər verir ki, "Atletiko Madrid"lə oynadığı derbidə 5:2 hesabı ilə məğlub olan "Real Madrid"ə daha bir pis xəbər gəlib.

İspaniyanın "La Liqa" çempionatında mübarizə aparan "Real Madrid"in təcrübəli müdafiəçisi Dani Karvaxal zədələnib.

Bu barədə klub rəsmi açıqlama yayıb. Məlumata görə, 33 yaşlı sağ cinah müdafiəçisi Dani Karvaxalın sağ ayağının baldır nahiyəsindəki soleus əzələsində zədə aşkarlanıb.

İspaniya mətbuatının yazdığına əsasən, Karvaxalın ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.