“Real Madrid”in Konate sevdası

"Liverpul"un fransalı stoperi İbrahima Konate "Real Madrid"ə transfer olmaq üçün can atır.

Sportline.az xəbər verir ki, bu haqda nüfuzlu "Lequipe" nəşri məlumat yayıb.

Futbolçu Mersisayd klubundan ayrılmaq fikrində qətidir.

Qeyd edək ki, Konate üçün "Real" 30 milyon avro ödəməyə hazırdır.

Lakin "Liverpul"un rəhbərliyi ən azı 50 milyon avro tələb edir.