"Real Madrid"in sabiq futbolçusu "Fənərbağça"ya keçib
Ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirən ispaniyalı futbolçu Marko Asensio karyerasını "Fənərbağça"da davam etdirəcək.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, İstanbul nəhəngi "Paris Sen-Jermen"lə razılıq əldə edib.
29 yaşlı ulduz futbolçu artıq İstanbuldadır.
Qeyd edək ki, Asensio 2016-2023-cü illər ərzində "Real Madrid"də çıxış edib.