"Real Madrid"in sabiq futbolçusu Messi ilə birgə çıxış edə bilər

"Real Madrid"in sabiq futbolçusu Serxio Reqilion karyerasını MLS-də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu Reqilionu transfer etmək üçün hərəkətə keçib.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

28 yaşlı sol cinah müdafiəçisi hazır da azad agent statusundadır.

Qeyd edək ki, S.Reqilionun son klubu "Tottenhem" olub.