"Real" "Sevilya"ya aman vermədi
İspaniya kubokunda 1/8 final mərhələsinin görüşləri keçirilib. SportLine.az xəbər verir ki, azarkeşlərin daha çox diqqət mərkəzində saxladığı "Real" (Madrid) - "Sevilya" oyununda meydan sahibləri daha istəkli çıxış ediblər. Yekunda "Kral klubu" üç cavabsız qolla qalib gəlib.
04 yanvar 2017
İspaniya kuboku, 1/8 final
"Real" (Madrid) - "Sevilya" - 3:0
Qollar: Xames Rodriqes, 11, Rafael Varan, 29, Xames Rodriqes, 44-pen
"Alkorkon" - "Kordoba" - 0:0
"Real Sosyedad" - "Vilyareal" - 3:1
Qollar: Villian Joze, 17 (1:0), Karlos Vela, 33 (2:0), Mikel Oiarzabal, 73 (3:0), Manuel Trigueros, 77 (3:1)