"Real" və "Çelsi" transfer yarışına girib
"Bormunt"un ispaniyalı müdafiəçisi Deyan Haysen mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Real Madrid" və "Çelsi" Hayseni transfer etmək istəyən klubların siyahısında yer alır.
19 yaşlı futbolçun xəyalı "Real Madrid"də çıxış etməkdir. Madrid klubu oyunçunun meneceri ilə təmas halındadır.
Qeyd edək ki, Haysenin "Bormunt"la müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.
O bu mövsüm çıxış etdiyi 27 matçda 2 qolla yadda qalıb.