"Real" penaltilərdə sevindi!
“Real” (Madrid) – “Atletiko” (Madrid) - 1:1
QOL: Ramos, 15 (1:0); Karrasko, 79 (1:1)
PENALTİLƏR: 5:3
Lukas Vaskes ("Real") - 1:0
Qrizman ("Atletiko") - 1:1
Marselo ("Real") - 2:1
Qabi ("Atletiko") - 2:2
Beyl ("Real") - 3:2
Saul ("Atletiko") - 3:3
Serxio Ramos ("Real") - 4:3
Xuanfran ("Atletiko") - 4:3
Ronaldo ("Real") - 5:3
***
Bu gecə futbolsevərlərin diqqəti Milana yönələcək. SportLine.az xəbər verir ki, Madridin iki təmsilçisi - "Real" və "Atletiko" Çempionlar Liqasında 2015/2016 mövsümünün qalibini "San-Siro"da müəyyənləşdirəcək.
İki il əvvəl son anda kuboku əldən verən "Atletiko" revanş arzusundadır. Zinəddin Zidan isə baş məşqçi kimi ilk mövsümündəcə qitənin ən nüfuzlu klub turnirində qalib olmağı planlaşdırır.
Matçdan əvvəl keçirilən mətbuat konfransında fransalı mütəxəssis iddiasını biruzə verib:
"Hamımız çox yaxşı bilirik ki, bizi çətin oyun gözləyir. İki həftədir, bu oyuna hazırlaşırıq. Komanda üzvləri meydana çıxmağa səbrsizlənirlər. Onları yalnız qələbə düşündürür. Biz bu turnirin ən yaxşı komandasıyıq. Statusumuzu növbəti dəfə təstiqləyəcəyimizə inanıram".
Rəqibin, xüsusilə, yarımmüdafiə xəttində güclü olduğunu deyən Diyeqo Simeone isə, "Əsas mübarizə meydanın mərkəzində gedəcək. Burada üstünlüyü rəqibə verməsək, hər şey istədiyimiz kimi olacaq. Komandamız hər oyun inkişafdadır. Çempionluğa layiq heyətimiz var. Çətin mübarizənin sonunda finala yüksəlmişik. Ümid edirəm, çempionluqla azarkeşlərimizi sevindirəcəyik", - deyib.
Komandaların bu heyətlərlə meydana çıxacağı ehtimal olunur:
"Real": Navas; Karvahal, Pepe, Ramos, Marselo; Kazemiro, Kroos, Modriç; Beyl, Benzema, Ronaldo
"Atletiko": Oblak; Xuanfran, Qodin, Ximenez, Filipe Luis; Koke, Qabi, Fernandez, Niqez; Qrizman, Torres
Bakı vaxt ilə saat 22:45-də start götürəcək matçı İngiltərə Futbol Federasiyasından Mark Klatenburq idarə edəcək.
28 may 2016
Çempionlar Liqası
FİNAL
22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Mark Klattenburq
Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Milan. “San Siro” stadionu