"Real" zirvəyə qayıtdı

İspaniya La Liqasında 27-ci tur davam edir. SportLine.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan Madrid "Real" "Betis"i qəbul edib. Serxio Ramosun 81-ci dəqiqədə vurduğu qol "Kral klubu"na qələbə qazandırıb.

“Real” - “Betis” 2:1
Qollar:
 Navas, 25-avtoqol (0:1), Ronaldo, 40 (1:1), Ramos, 81 (2:1) 

Bununla da, madridlilər yenidən yarış cədvəlinin zirvəsinə yüksəliblər.