"Real"da Benites dövrü başa çatdı

Madrid "Real"ı Rafael Beniteslə yollarını ayırıb. SportLine.az "Marka"ya istinadən xəbər verir ki, "La Liqa"nın son turunda "Valensiya" ilə heç-heçə edən "Kral klubu" baş məşqçi postunda dəyişiklik etmək qərarına gəlib. Komandaya mövsümün sonunadək hazırda "Kastilya" klubunu çalışdıran Zinəddin Zidanın rəhbərlik edəcəyi gözlənilir.