"Real"ın aparıcı futbolçuları zədələndilər

"Real"ın iki futbolçusu birdən zədələnib.

Sportline.az "AS"a istinadən xəbər verir ki, bunlar Qaret Beyl və Kərim Benzemadır. Onların bərpa müddəti dəqiqləşməyib. Ancaq hər iki oyunçunun İspaniya Superkubokunu buraxacağı bildirilib.

Qeyd edək ki, Superkubok 8-12 yanvar tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl Eden Hazardın turniri buraxacağı açıqlanmışdı.