“Real”ın fransalı futbolçusu zədələnib
“Real Madrid”in fransalı futbolçusu Ferlan Mendinin zədələndiyi açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mendi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, sağ ayaq əzələsindən zədə alıb.
Təcrübəli futbolçu “Jirona” ilə matçda zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, Mendi “Atalanta”, “Rayo Valyekano” və “Sevilya” ilə matçda komandasına kömək edə bilməyəcək.