"Real"ın futbolçusu dünyasını dəyişdi

İspaniyanın “Real” klubunun sabiq futbolçusu İko Aqilar dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Keçmiş hücumçu 71 yaşında vəfat edib.

Qeyd edək ki, İko Aqilar, "Real"ın formasını 1971-1979-cu illərdə geyinib. O, 190 oyuna 50 qol vurub, 5 dəfə İspaniya çempionu və 2 dəfə ölkə kubokunun sahibi olub. Mərhum forvard “Rasinq”, “Sportinq” və “Rayo Valyekano”da da çıxış edib.