"Real"ın futbolçusu karyerasını bitirə bilər

"Real"ın futbolçusu David Alaba karyerasını bitirə bilər.

Sportline.az xəbər verir ki, İspaniya mətbuatında bununla bağlı xəbərlər dolaşmaqdadır.

32 yaşlı müdafiəçinin dizindəki ciddi problem üzündən hətta rahat yeriyə bilmədiyi deyilir.

Həkimlərin fikrincə avstriyalı futbolçu artıq ağır məşqlərə davam gətirmək gücündə deyil.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə Alabanın bu il meydana çıxa bilməyəcəyi bildirilirdi.