"Real"ın gözü portuqaliyalı futbolçunun üzərindədir
"Real Madrid" "Paris Sen-Jermen"in yarımmüdafiəçisi Vitinyanı transfer etməyə çalışır.
Sportline.az xəbər verir ki, bu haqda "Cadena Cer" nəşri məlumat yayıb.
"Los blankos" 25 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Vitinya cari mövsüm meydana çıxdığı 30 matçda 6 qol, 10 asistlə yadda qalıb.