"Real"ın həkimləri Ronalduya görə klubu tərk edirlər
“Real”ın hücumçusu Kriştianu Ronaldu klub rəhbərliyi tərəfindən şəxsi həkimlə təmin olunub. SportLine.az İspaniyanın AS qəzetinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klubun tibbi personalının işindən narazıdır. Bu üzdən o, yeni müqaviləsində şəxsi həkim tələbini də irəli sürüb. Klub rəhbərliyinin razılığı isə, vəziyyəti gərginləşdirib. Belə ki, 7 fizioterapevtin hamısı “Real”ı tərk etmək qərarına gəlib. Məsələ yaxın günlərdə tam aydınlaşacaq.