"Real"ın Konateyə marağı yenidən oyandı

"Liverpul"un fransalı stopperi İbrahima Konate yayda azad agent kimi klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, "Real Madrid" 26 yaşlı mərkəz müdafiəçisini heyətə qatmaq üçün yenidən hərəkətə keçib.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Qeyd edək ki, İ.Konate cari mövsüm meydana çıxdığı 34 matçda 2 qolla yadda qalıb.