"Real"ın yetirməsi "Qəbələ"də

“Qəbələ” İspaniyanın “Real Madrid” klubunun yetirməsini heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar” Xayme Syerra ilə müqavilə imzalayıb.

Qeyd edək ki, bu futbolçu son olaraq Xorvatiyada “Varajdin”in formasını geyinib.