Renat Dadaşovun uğurlu debütü
Türkiyə 1-ci liqasında ilk turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" evdə "Şanlıurfaspor”la qarşılaşıb. Görüş 2:0 hesabı ilə paytaxt klubunun xeyrinə başa çatıb.
67-ci dəqiqədə meydana çıxan Dadaşov, 77-ci dəqiqədə komandasının ikinci qolunu vurub.