Rəşad Sadıqov ixtisasını artırır

AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının 1-ci moduluna başlanılıb. Sportline.az  AFFA-nın saytına istinadən xəbər verir ki,  mayın 1-də başa çatacaq 1-ci modulun məşğələləri UEFA təlimatçısı Fritz Şmid, həmçinin yerli mütəxəssislər Aslan Kərimov və Osman Rəhimov tərəfindən keçirilir. Kursda “Sumqayıt”ın baş məşqçisi Samir Abasov, millimizin köməkçi-məşqçisi Mahmud Qurbanov, “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov və kapitanı Rəşad Sadıqov da iştirak edir. Qeyd edək ki, PRO lizensiyası alan məşqçilərə təkcə ölkə daxilində deyil, Avropada da klubları çalışdırmaq hüququ verilir.