Rəşad Sadıqov: "Sənin əlini tutmaq qürurvericidir"
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov sosial şəbəkədə aprel döyüşlərində şəhid olan Raquf Orucovun oğlu ilə fotosunu paylaşıb.
Sportline.az xəbər verir ki, o, paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.
Qeyd edək ki, bu şəkil Avropa Liqasının qrup mərhələsinin, "Qarabağ" - "Sportinq" görüşündən əvvəl çəkilib.
