Reşford: “Old Trafford”da oynamaq mənim üçün inanılmaz duyğudur”

“Mançester Yunayted”in ingiltərəli futbolçusu Markus Reşford klubda xoşbəxt olduğunu dilə gətirib.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Reşford “Mançester Yunayted” klubu ilə bağlı bu fikirləri səsləndirib;

“Old Trafford”da oynamaq mənim üçün inanılmaz duyğudur. Buranın aurası çox fərqlidir. “Mançester Yunayted”də çıxış etdiyim üçün xoşbəxtəm. Bu klub üçün çox şeyi gözə almağa razıyam”, deyə Reşford bildirib.

Qeyd edək ki, Markus Reşford bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 7 qol və 3 asistlə yadda qalıb.