“Reyncers” “Genk”lə matça itkilərlə çıxacaq

UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turuna bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, gecənin maraqlı görüşlərindən birində "Qlazqo Reyncers" "İbroks Stedyum"da "Genk"lə münasibətlərini aydınlaşdıracaq.

Şotlandiya təmsilçisində Maks Aaron cəza, Duyon Sterlinq isə zədə səbəbindən oyunu buraxmalı olacaq.

"Genk"də isə Daan Heymans və Kostantinos Karetsasın yoxluğu baş məşqçi Torsten Flinki narahat edə bilməz.

Qeyd edək ki, "Reyncers" - "Genk" matçı bu gün 23:00-da başlanacaq.