"Reyncers" - "Atletik Bilbao": Düşərgələrdəki son durum
UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə start veriləcək.
Sportline.az xəbər verir ki, “Atletik Bilbao” səfərdə “Qlazqo Reyncers”lə üz-üzə gələcək.
İspaniya klubunda yeganə itki Yuri Berçiçinin adı ilə bağlıdır.
“Reyncers”də isə Con Souttar, Mohamed Diomande cəza, Nerayşo Kasanviriyo isə zədə səbəbindən matçda iştirak edə bilməyəcək.
Görüşün ədalət təmsilçisi romaniyalı İstvan Kovaç olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.