"Reyncers"i norveçli mütəxəsis çalışdıra bilər

"Reyncers"in rəhbərliyi klubun sükanı arxasına norveçli mütəxəsis Ole Qunnar Sulşeri gətirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Nikolo Şıkira öz "X" hesabında paylaşım edib.

52 yaşlı baş məşqçi son olaraq "Beşiktaş" klubunu çalışdırıb.

Qeyd edək ki, Sulşer baş məşqçi kimi daha əvvəl "Mançester Yunayted"də işləyib.