Riçard Almeydanın həyatında vacib hadisə

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın ikinci övladı dünyaya gəlib.

Sportline.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib. 

Braziliyalı futbolçu yeni doğulan qızı ilə fotosunu paylaşaraq "ikinci şahzadəm dünyaya gəldi” yazıb. 

Qeyd edək ki, Almeydanın ilk övladı da qızdır.