Rioda bayraqdarımız kim olacaq?

2016-cı il yay olimpiya oyunlarında bayraqdarımız boksçu Teymur Məmmədov ola bilər. SportLine.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov açıqlayıb. Teymur Məmədov bu şərəfə lisenziyaya yiyələndiyi halda görüləcək: “Onun namizədliyini  irəli sürmüşük. Yekun qərarı isə, Milli Olimpiya Komitəsi verəcək”.  

Xatırladaq ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov Bakıda keçirilən təsnifat turnirində uğurun astanasındadır. London olimpiadasının bürünc mükafatçısı bu gün mərakeşli rəqibini üstələsə yarımfinala adlamaqla lisenziyaya sahib çıxacaq.