Rişarlison “Qızıl top” mükafatı barədə danışıb

“Tottenhem”in və Brazilya millisinin futbolçusu Rişarlison “Qızıl top”u Vinisiusun qazanacağını söyləyib.

Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu “Sky Sports”a müsahibəsində bu fikirləri qeyd edib;

“Qızıl top”u Vinisius qazanacaq. Buna sonuna qədər laiqdir. O inanılmaz futbolçudur. Bütün Brazilya onun arxasındadır. Bazar ertəsi o tarix yazacaq. Bu Brazilya üçün qürur verici bir gün olacaq”, - deyə Rişharlison bildirib.

Qeyd edək ki, “Qızıl top”un qalibi 28 oktyabr bəlli olacaq.