Rişarlison Vətəninə qayıdır
"Tottenhem"in brazilyalı futbolçusu Rişarlison karyerasını ölkəsində davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Palmeyras" 28 yaşlı futbolçu üçün 55 milyon avro təklif edib.
London klubunun rəhbərliyi bu təkliflə razılaşıb.
Qeyd edək ki, Rişarlisonun "mahmızlar"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.