Rişarlisondan Vinisiusa dəstək
“Tottenhem” klubunun brazilyalı futbolçusu Rişarlison öz şəxsi “instaqram” hesabında maraqlı paylaşım edib.
Sportline.az xəbər verir ki, Rişarlison paylaşımında bu fikirləri qeyd edib;
“Bu gün bütün Brazilya xalqı yenidən ölkəmizə “Qızıl top” mükafatının gələcəyi gözlədi. Amma bu baş vermədi. Rodri yaxşı futbolçudur lakin, Vinisius qədər bu mükafata laiq 2-ci bir futbolçu yoxdur. O inanılmaz futbolçudur. Möhtəşəm mövsüm keçirdi və bütün titulları qazandı. Bunun qarşılığında bu mükafat ona verilmədi. Bu gün futbol öldü. Bu futbol tarixinin ən utanc verici gecəsi idi”, - deyə Rişarlison bildirib.
Qeyd edək ki, 2024-cü ilin “Qızıl top” mükafatının sahibi “Mançester Siti”nin ispaniyalı futbolçusu Rodri olub.