Riz Ceyms “Çelsi” ilə yeni müqavilə imzaladı

“Çelsi”nin kapitanı Riz Ceyms klubla 2032-ci ilin yayına qədər yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist David Ornşteyn məlumat yayıb.

26 yaşlı sağ cinah müdafiəçisinin dəyəri 60 milyon avrodur.

Qeyd edək ki, R.Ceyms “Çelsi”nin öz yetirməsidir.