"Rizespor" nigeriyalı futbolçu ilə yollarını ayırıb

Super Liqa klublarında "Rizespor" yarımmüdafiəçi Okeçukvu Azubuike ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu 2023-cü ildən çıxış etdiyi "Rizespor"da 28 oyuna çıxıb və 1 qol, 3 asistlə yadda qalıb.

Qeyd edək ki, nigeriyalı futbolçu daha əvvəl Türkiyə karyerasında "Başakşehir", "Sivasspor" və "Yeni Malatyaspor"un uğurları üçün çalışıb. O, Nigeriya millisinin formasını 1 dəfə geyinib.