Robert Prosineçki: “Bu qrupda favorit Türkiyə millisidir”
Monteneqro millisinin baş məşqçisi R.Prosineçki Türkiyə millisi ilə matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, 55 yaşlı təcrübəli baş məşqçi qrupun aşkar favoriti Türkiyə millisinin olduğunu bəyan edib.
“Bu qrupun aşkar favoriti Türkiyə millisidir. 2 qələbə 1 heç-heçə ediblər. Onların qrupdan lider çıxacaqlarına əminəm. Biz isə 3 məğlubiyyət almışıq. Önümüzdəki Uels matçına fikrimizi verməliyik”, - deyə R.Prosineçki bildirib.
Qeyd edək ki, Türkiyə millisi Monteneqronu 1:0 hesabı ilə məğlub edib.