Rocers "Aston Villa"nı tərk edə bilər

"Aston Villa"nın ulduz futbolçusu Morqan Rocers yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.

23 yaşlı oyunçunun transfer qiyməti 100 milyon avrodur.

Qeyd edək ki, M.Rocers cari mövsüm meydana çıxdığı 42 matçda 10 qol, 7 asistlə yadda qalıb.