Rodri 64 il sonra bir ilkə imza atıb

“Mançester Siti”nin ispanyalı futbolçusu Rodri “Qızıl top” mükafatının sahibi olub.

Sportline.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 64 il sonra “Qızıl top”u qazanan ilk ispaniyalı futbolçu Rodri olub.

Sonuncu dəfə bu uğura 1960-ci ildə “Qızıl topu” qazanan Luis Suarez laiq görülmüşdü.

Qeyd edək ki, ilin ən yaxşı 2-ci futbolçusu Vinisius Junior olub. İlk 3-lükdə isə Cud Bellingem yer alıb.