Rodri “Mançester Siti” ilə yeni müqavilə imzalaya bilər
“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə yeni müqavilə imzalamağı planlaşdırır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu artıq ispaniyalı futbolçu ilə danışıqlara başlayıb. Məlumata görə, tərəflərin ilin sonunadək razılığa gəlməsi gözlənilir.
29 yaşlı futbolçu 2019-cu ildən etibarən “şəhərlilər”in heyətində çıxış edir. O, cari mövsümdə komandanın tərkibində 7 matça çıxıb.
Qeyd: Rodri 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb.