Rodri "Real Madrid"ə transfer olmaq niyyətindədir
"Mançester Siti"nin ispaniyalı futbolçusu Rodri karyerasını "Real Madrid"də davam etdirmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Los Pepes" nəşri məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi "Mançester Siti" ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Qeyd edək ki, Rodri bu mövsüm meydana çıxdığı 9 matçda 1 asistlə yadda qalıb.