“Roma” - “Atletik Bilbao”: Heyətlərdəki son durum
UEFA Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçları keçiriləcək.
Sportline.az xəbər verir ki, “Roma” öz meydanında “Atletik Bilbao” ilə münasibətləri aydınlaşdıracaq.
“Roma”da Leandro Parades cəzalı olduğu üçün baş məşqçi Klaudio Ranierinin sərəncamında olmayacaq.
“Atletik Bilbao”da isə Alvaro Djalo zədə səbəbindən oyunu kənardan izləməli olacaq.
Matçın start fiti gecə yarısı 12-də səslənəcək. Görüşü isveçrəli referi Sandro Şörer idarə edəcək.