"Roma" Bakıya azarkeş ordusu ilə gəlir
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi “Roma” Bakıya xeyli azarkeşlə gələcək. Sportline.az xəbər verir ki, sentyabrın 27-də İtaliya təmsilçisini təxminən 500 azarkeş dəstəkləyəcək. “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun sözlərinə görə, apenninlilər “Qarabağ”dan oyun üçün məhs bu sayda bilet istəyiblər. Qonaqlar 307-309-cu sektorlarda qərarlaşacaqlar.
Xatırladaq ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20.00-da Bakı Olimpiya Stadionunda başlanacaq.