"Roma" Bakıya bu heyətlə gəlir

UEFA Çempionlar Liqasının 2-ci turunda "Qarabağ"la qarşılaşacaq "Roma"nın heyəti müəyyənləşib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Eysebio Di Françesko Bakıda 19 futbolçunun xidmətindən yararlanacaq.

Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski

Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fazio, Bruno Peres, Kostas Manolas

Yarımmüdafiəçilər: Raca Nainqqolan, Kevin Strotman, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florenzi, Gerson

Hücumçular: Dieqo Perotti, Edin Dzeko, Cengiz Ünder, Qreqorye Defrel, Stefan El Şaravi.
 
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu saat 20:00-da başlayacaq.