"Roma" "Porto"ya qarşı

UEFA Avropa Liqasında bu gün pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Sportline.az xəbər verir ki, "Roma" öz meydanında "Porto" ilə qarşılaşacaq. İlk oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

"Roma"da əsas itki Bryan Kristante və Aleksis Salemakersin adı ilə bağlıdır.

"Porto"da isə Vasko Sousa, Martim Fernandes və Marko Qruqiç zədə səbəbindən oyunun iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti 21:45-də səslənəcək matçı fransız hakim Fransua Leteks idarə edəcək.