"Roma" yeni transferini açıqladı
"Roma" "Marsel"in 18 yaşlı forvardı Robinio Vazı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
İtaliya klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyib.
Qeyd edək ki, R.Vaz cari mövsüm meydana çıxdığı 19 matçda 4 qol, 2 asistlə yadda qalıb.