"Roma"dan "Arsenal"a doğru
"Roma"nın sağ cinah müdafiəçisi Vesley "Arsenal"ın transfer radarına düşüb.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
22 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, Vesley cari mövsüm meydana çıxdığı 35 matçda 4 qol, 2 asistlə yadda qalıb.