"Roma"dan "Yuve"yə
"Yuventus" klubu yeni mövsümə hazırlıqlarını davam etdirir. SportLine.az xəbər verir ki, Turin təmsilçisi daha bir futbolçu ilə heyətini gücləndirib. "Qıca Sinyora" "Roma"nın şərəfini qoruyan Miralem Pyaniçi heyətinə cəlb edib. Futbolçunun transferi "Yuvenstus"u 38 milyon avro xərcə salıb.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi ilə hansı müddətə razılıq əldə olunduğu açıqlanmır.