"Roma"nın Bakı planı
Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın növbəti rəqibi “Roma”nın Bakı proqramı məlumdur. Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar” sabah səhər saatlarında Bakıya üz tutacaqlar. Çarter reysi ilə səfər edəcək komanda axşam matçın oynanılacağı Bakı Olimpiya Stadionunda son məşqinə çıxacaq. İtaliya nəhəngi qarşılaşmadan dərhal sonra qayıtmağı planlaşdırmır. Belə ki, komanda sentyabrın 28-də vətənə dönəcək və dərhal “Milan”la çempionat görüşünün hazırlığına başlayacaq. Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək “Qarabağ” – “Roma” oyunu saat 20:00-da başlanacaq.