"Roma"nın daha bir futbolçusu sıradan çıxdı

"Roma" Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunu ərəfəsində daha bir itki ilə üzləşib. Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Dieqo Perottinin ardınca müdafiəçi Ektor Moreno da sıradan çıxıb. A seriyasında “Udineze” ilə (3:1) matçın son 16 dəqiqəsində meydanda olan Meksika millisinin üzvü dünənki məşqə qatılmayıb. Sol ayağında zədəsi olan mərkəz müdafiəçisinin Bakıya gələcək heyətdə yer almayacağı artıq dəqiqdir.