"Roma"nın zədəliləri geri dönür

Dekabrın 5-də Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ”ı qəbul edəcək "Roma”nın zədəliləri geri dönürlər. Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Alessandro Florentsi ilə Patrik Şik artıq ümumi qrupda məğqlərə başlayıb. Hər iki futbolçunun noyabrın 26-da İtaliya A Seriyasının XIV turunda "Cenoa” ilə qarşılaşmada meydana çıxacağı gözlənilir.