Ronaldo karantin qaydalarını pozdu

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo klubun karantin qaydalarını pozub.

Sportline.az “ La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisinin 2 nümayəndəsi koronavirusa yoluxduğuna görə bütün klub işçilərinin oteldə karantində qalması qərara  alınıb. 35 yaşlı hücumçu Portuqaliya yığmasının  heyətində  İspaniya ilə yoxlama matçını (0:0) buraxmamaq üçün  bu qaydaları pozaraq, oteldə qalmaqdan imtina edib.

Bildirilir ki, Ronaldo “Yuventus” rəhbərliyi və komanda yoldaşları ilə bu mövzunu müzakirə edərkən hətta  səsini qaldırıb.

Oyunçu A Seriyasının 3-cü turunda “Napoli” ilə təxirə salınmış matçdan sonra paltardəyişmə otağını tək tərk edib və evinə gedib. O, ertəsi gün Portuqaliyaya yollanıb.