Ronaldo və Maquayr yenidən birgə çıxış edəcək

"Mançester Yunayted"in ingiltərəli stopperi Harri Maquayr karyerasını "Əl Nəsr"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubu yanvar ayında "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, H.Maquayrın transfer qiyməti 15 milyon avrodur.