Ronaldo yeni müqavilə bağladı

Kriştianu Ronaldo karyerasını İspaniyada davam etdirəcək. SportLine.az xəbər verir ki, portuqaliyalı “Real”la müqavilənin müddətini artırıb. Yenin anlaşmaya əsasən o, 2020-ci ilədək kral klubunun şərəfini qoruyacaq. Kriştianu “Real”da keçirdiyi hər ilə 21 milyon avro qazanacaq. Xatırladaq ki, bundan əvvəlki müqavilənin müddəti 2018-ci ildə bitirdi.